Dünya

İranda hicaba görə 29 qadın saxlanıb

2 Fevral, 2018
1050
İran polisi bildirir ki, baş örtüyünü çıxarmış 29 qadın həbs olunub. Son günlər İranda məcburi baş örtüyünə etiraz edən qadınların sayı artmaqdadır.

Tasnim xəbər agentliyi fevralın 1-də yazıb ki, polis qadınların xaricdə yaşayan iranlıların apardığı təbliğat kampaniyasına "aldanaraq” baş örtüklərini çıxardıqlarını bildirir.

Həbslərin hamısının Tehranda aparılıb-aparılmadığı bəlli deyil.

İranda 1979-cu il islam inqilabından bəri qadınların ictimai yerlərdə örtülü geyinməsi məcburi elan edilib.

Ölkədəki geyim kodeksinə görə, ictimaiyyət arasına çıxan qadınların saçları və bədənləri qapadılmalıdır.

Əxlaq polis hicab qaydalarına tam əməl etməyənlərə qarşı mütəmadi reydlər keçirir.

Fevralın 1-də yayılmış informasiyadan öncə Tehranda azı altı qadının oxşar etirazlarda saxlandığı deyilirdi.

Baş örtüyünü çıxararaq yelləmiş qadın dünyanın diqqətini çəkib və yanvarın 28-də azad olunub. O, ötən ay saxlanmışdı.

Amnesty International beynəlxalq insan haqları təşkilatı həmin qadının dərhal azadlığa buraxılmasına çağırırdı.

Bu ölkədə məcburi geyim kodeksinə meydan oxuyan fəallar bir neçə həftəlik həbs cəzasına məhkum edilə bilərlər.

Dekabrda İranda daha geniş antihökumət etirazları keçirildi. Azı 22 nəfər öldürüldü, 1000 nəfər saxlandı. Bu etirazlar ilkin olaraq bahalanmaya qarşı başlandı, sonradan miqyası böyüdü.

İran prezidenti Hassan Rohani hicab etirazlarına birbaşa münasibət açıqlamayıb. Amma keçmişdə bu məsələylə bağlı hakimiyyəti mötədil davranmağa çağırmışdı.

"Arxamızda xalq durmasa, onların tənqidini gözardı etsək, heç nəyə nail olmarıq”, – Rohani yanvarın 31-də deyib.

"Ölkədəki bütün məmurlar xalqın tələblərini və arzularını eşitməlidirlər”, – prezident söyləyib.

Azadlıq Radiosu

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo