19:23, 11 Dekabr 2017 (Bazar ertəsi) 32

İranda 6 ballıq zəlzələ olub

İranda 6 ballıq zəlzələ olub


/ DÜNYA
İranın qərbində 6 bal gücündə zəlzələ olub.
 
APA-nın məlumatına görə, zəlzələnin episentri bölgənin Ezgele qəsəbəsində yerləşir.
 
Sözügedən qəsəbə noyabrın 12-də baş verən yeraltı təkanlar zamanı ən çox ziyan çəkən yaşayış məntəqələrindən biridir.
 
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur. 
 
Xatırladaq ki, noyabrın ortalarında İranın İraqla həmsərhəd Kermanşah əyalətində 7,2 bal gücündə zəlzələ olub. Nəticədə 505 nəfər ölüb, 12 mindən çox insan xəsarət alıb.