20:43, 16 Fevral 2018 (Cümə) 106

İranda 4,1 bal gücündə zəlzələ olub

İranda 4,1 bal gücündə zəlzələ olub


/ DÜNYA
İranın qərb bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. 

Yerli vaxtla saat 17:54-də qeydə alınan yeraltı təkanların episentri Şuştər şəhərindən 17  km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.