16:11, 05 Dekabr 2018 (Çərşənbə) 75

İranda 18 deputat istefa verdi

İranda 18 deputat istefa verdi


/ DÜNYA
İran Parlamentinin İsfahan vilayətindən olan deputatları kütləvi şəkildə istefa veriblər. Onların istefa məktubu bu gün Parlamentin Rəyasət Heyətinə təqdim olunub.

Trend-in məlumatına görə, deputat Əkbər Türki bildirib ki, parlamentarilər İsfahan vilayətinin su təchizatı ilə bağlı layihələrin gələn ilin büdcəsindən çıxarılmasına etiraz olaraq bu addımı atıblar:

"Deputatlar istefanın qanuni mərhələlərinin keçməsini gözləyirlər".

İsfahan vilayəti İran Parlamentində 18 deputatla təmsil olunur.