23:37, 16 Mart 2018 (Cümə) 287

İrana qarşı yeni sanksiyalar təklif edilib

İrana qarşı yeni sanksiyalar təklif edilib
 Avropa İttifaqı ölkələri İrana qarşı yeni sanksiyalar təklif ediblər.

"Report"-un xəbərinə görə, Böyük Britaniya, Fransa və Almaniya nüvə proqramı ilə əlaqədar İrana qarşı yeni sanksiyaların tətbiq olunması təklifini irəli sürüblər.

"Yaxın vaxtlarda bir sıra şəxslərin və təşkilatların siyahısını yayacağıq. Hansılar ki, bizim fikrimizcə, onlara qarşı sanksiyalar tətbiq edilməlidir", - deyə üç ölkənin yaydığı sənəddə bildirilir.

Sənəddə qeyd olunur ki, ölkələr ABŞ prezidenti Donald Tramp administrasiyası ilə sənədin hazırlanması üçün danışıqlar aparıblar.

Daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens İranı Birləşmiş Ştatların nüvə razılaşmasından çıxacağı ilə hədələyib.