12:02, 10 Yanvar 2017 (Çərşənbə axşamı) 190

İran Rafsanjani ilə vidalaşdı

İran Rafsanjani ilə vidalaşdı
Bu gün yanvarın 10-da Tehranda İranın keçmiş prezidenti A.H.Rafsanjani ilə vida mərasimi keçirilib.

Akbar Hashemi Rafsanjani 1989-1997-ci illərdə prezident olub. O, yanvarın 9-da 82 yaşında vəfat edib. Rəsmi məlumata görə, keçmiş prezident ürəktutmadan ölüb. Onun Tehranda, İran İslam Respublikasının banisi Ayatollah Ruhollah Khomeini-nin mavzoleyində dəfn olunacağını elan ediblər.

Dəfn münasibətiylə bu gün Tehran Universitetində dua mərasimi keçiriləcək. Mərasimdə İranın ali lideri Ayatollah Ali Khamenei də iştirak etməlidir.