13:33, 25 May 2018 (Cümə) 74

İran nüvə sazişi öhdəliklərinə hələ də əməl edir

İran nüvə sazişi öhdəliklərinə hələ də əməl edir


/ DÜNYA
BMT-nin nüvə gözətçisi bildirir ki, İran özünün nüvə proqramını 2015-ci il sazişi ilə nəzərdə tutulmuş məhdudiyyətlıər çərçivəsində saxlayıb.

ABŞ prezidenti Donald Tramp mayın 7-də bildirmişdi ki, onun ölkəsi sözü gedən sazişdən çıxır.

BMT-nin Atom Enerjisi Agentliyi mayın 24-də bildirib ki, İran uranın zənginləşdirilməsi səviyyəsini 2015-ci il sazişin icazə verdiyi həddə saxlayıb. Hesabata görə İranın zənginləşdilimiş uran ehtiyatı da icazə verilmiş çərçivə daxilindədir.

Buna baxmayaraq AEA Tehranı öz nüvə qurğularının təftişi məsələsini uzatdığına görə tənqid edib.