22:40, 18 Aprel 2018 (Çərşənbə) 59

İran dollardan imtina edib

İran dollardan imtina edib
İran beynəlxalq hesablaşmalarda dollardan imtina edib.

"Report"-un verdiyi xəbərə görə, İran hökuməti ölkənin Amerika valyutasından asılılığının azaldılmasına yönəlmiş səyləri çərçivəsində beynəlxalq hesablamalarda avroya keçid barədə yekun qərar qəbul edib.

IRIB dövlət telekanalının məlumatına görə, qərar hökumətin iclasında qəbul olunub.

Bu addım ABŞ və müttəfiqlərinin Tehrana qarşı gördükləri tədbirlərdən sonra atılıb.