İqtisadiyyat

İqtisadçı: "5 manata satılan məhsulu 4 manat 95 qəpiyə satırlar"

13 Fevral, 2018
1547
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov dekabrın 12-də keçirilən mətbuat konfransında deyib ki, ötən il pul kütləsində ən çox artım dəmir pullarda olub.
 

Onun sözlərinə görə, Mərkəzi Bank iri ticarət sistemləri ilə əlaqə yaradır və ticarət sistemi ilə birgə işləyir: "Görürük ki, iqtisadiyyatın dəmir pullara ehtiyacı böyükdür. Buna görə, əlavə sifarişlər də edərək iqtisadiyyatı dəmir pullarla təmin edirik. İqtisadiyyat əgər bunu tələb edirsə, biz bunu etməliyik".

Baş bankirin fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bunu əhalinin gəlirlərinin aşağı düşməsi ilə əlaqələndiriblər. 

İnsanların xırda pula olan tələbatının artmasını izah edən iqtisadçı Natiq Cəfərlinin fikrincə, bu, böyük marketlər şəbəkəsindəki müəyyən endirimlərlə əlaqəlidir: "Məsələn, əvvəl 5 manata satılan məhsulu indi 4 manat 95 qəpiyə satırlar. Bu tip endirimlərlə daha çox müştəri cəlb etməyə çalışırlar. Bunun nəticəsində də əhalinin böyük marketlər şəbəkələrinə üz tutması baş verir”.
 

Onun sözlərinə görə, bu da kiçik marketlərin sıradan çıxması prosesinə səbəb olur: "Böyük marketlərə axın da xırda qəpiklərə tələbi artırır. Bu, Elman müəllimi də, hökuməti də ciddi narahat etməlidir. Çünki dünyanın hər yerində insanlar daha çox kartdan istifadə edirlər. Azərbaycanda çox təəssüf ki, hökumət insanların kartla alış-verişi üçün təşviq proqramı həyata keçirmir”.

İqtisadçı deyir ki, maaş, pensiya alan adamlar bankomatların önündə növbədə dayanıb, pul çıxardırlar və həmin pulla marketlərə gedib bazarlıq edirlər: "Əhali rəsmi rəqəmlərə görə qazancının yarısını ərzağa xərcləyir. Hökumət əhalini kartla alış-veriş etməyə təşviq etməlidir ki, xırda pul problemi olmasın”.

Deputat Aydın Hüseynov isə dəmir pulun dözümlülüyünün digərlərə nisbətən daha möhkəm olduğunu deyib: "Əslində bunu əhalinin kasıblaması ilə əlaqələndirmək olmaz. Belə deyək ki, alış-veriş yerlərində bəzi məhsulların qiymətlərini yuvarlaqlaşdırırlar. Bu, hesabatlarda məhsulun qiymətinin real qiymətlərlə hesablanması ilə bağlıdır”.

Gülzar N. Məmmədli
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo