17:55, 23 Noyabr 2017 (Cümə axşamı) 43

İnsan hüquqları üzrə komissar Yalçın İmanova görə narahatdır

İnsan hüquqları üzrə komissar Yalçın İmanova görə narahatdır
AŞ nümayəndəsi Azərbaycan hakimiyyətini hüquqşünaslar üçün təqib qorxusu olmayan əlverişli mühit yaratmağa çağırır

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks vəkil Yalçın İmanovun Azərbaycan Vəkillər Kollegiyasından uzaqlaşdırılması ilə bağlı narahatlığını ifadə edib. 

"Turan”-ın məlumatına görə, komissar bununla bağlı bəyanat yayıb. 

Noyabrın 20-da Vəkillər Kollegiyası vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılmasına qərar verib.

Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov bu il avqustun 10-da vəkil Yalçın İmanov haqqında Vəkillər Kollegiyasına şikayət edib.

Şikayətə əsas kimi Yalçın İmanovun Qobustan həbsxanasında Nardaran hadisələri ilə bağlı məhkum olunmuş Abbas Hüseynovun təzyiqlərə məruz qalması barədə açıqlamaları göstərilib. 

Penitensiar Xidmət bu məlumatları təkzib edib.

Nils Muyjnieksin bəyanatında İmanovun insan hüquqlarının müdafiəsində fəal iştirak etdiyi qeyd edilir.

Komissar bildirir ki, Vəkillər Kollegiyasının qərarı vətəndaşların hüquqlarının müdafiəsi fəaliyyətinə mənfi təsir göstərən digər addımlardan sonra verilib.

Noyabrın 8-fə Azərbaycan prezidenti məhkəmələrdə nümayəndəliyi məhdudlaşdıran qanunu imzalayıb.

Nils Muyjnieksin bəyanatında İmanovun insan hüquqlarının müdafiəsində fəal iştirak etdiyi qeyd edilir.

Komissar bildirir ki, Vəkillər Kollegiyasının qərarı vətəndaşların hüquqlarının müdafiəsi fəaliyyətinə mənfi təsir göstərən digər addımlardan sonra verilib.

Noyabrın 8-fə Azərbaycan prezidenti məhkəmələrdə nümayəndəliyi məhdudlaşdıran qanunu imzalayıb