17:33, 30 Noyabr 2016 (Çərşənbə) 390

"İnsaf da dinin yarısıdır" - Bahalaşma ilə bağlı SORĞU

”Tarif Şurası özbaşına deyil…”

Toplum.Tv Tarif Şurasının son qiymət artımı ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib. 

Bu dəfə də şəhər sakinləri Tarif Şurasına etirazlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. 

Həmçinin, 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib, eləcə də indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. 

Şuranın  qərarı 2016-cı ilin 29 noyabr tarixindən qüvvəyə minir.