17:09, 22 Noyabr 2017 (Çərşənbə) 34

İnformasiya ombudsmanının yaradılması təklif olunur

İnformasiya ombudsmanının yaradılması təklif olunur
Azərbaycanda informasiya ombudsmanının yaradılması təklif olunur.

Bu təkliflə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edib.

Millət vəkili qeyd edib: "Bizdə informasiya ombudsmanı İnsan Hüquqları üzrə Müvəkkilliyin tərkibində fəaliyyət göstərir. Səbəb kimi deyilir ki, ştat yoxdur. Hökumət üzvlərinin buradakı iştirakından istifadə edərək soruşuram: niyə ştat ayrılmır?"

Ə.Amaşovun fikrincə, informasiya ombudsmanı ayrıca fəaliyyət göstərməlidir.