19:27, 09 Dekabr 2017 (Şənbə) 84

Çin plastik tullantı idxalına qadağa qoyur

Çin plastik tullantı idxalına qadağa qoyur


/ DÜNYA
İllərdir ki, dünyadan Çin və Honkonqa plastik tullantı idxal edilir. Çin 2018-ci ildən etibarən bu tullantıların idxalını dayandıracaq.

Yanvardan başlayaraq, Çin hökuməti hər il aldığı milyonlarla ton plastik və digər təkrar emal edilə bilən tullantıların miqdarını azaltmaq üçün onların idxalına qadağa tətbiq edəcək.

"The Guardian” xəbər verir ki, "Greenpeace”in verdiyi gömrük analizinə görə, təkcə İngilis şirkətlərdən 2012-ci ildən bəri Çin və Honkonqa 2,7 milyon ton plastik tullantı göndərilib. "IndustryWeek”-in verdiyi məlumata əsasən,  2016-cı ildə Çin qlobal plastik idxalının 51%-i qəbul edib.

Bu qadağa plastik tullantıların saxlanmasına, daha çox yandırılmasına gətirib çıxarır. Bu, o deməkdir ki, ətraf mühitin çirklənməsini artırma potensialı var.

"Quartz” bildirib ki, 2013-cü il Çində qüvvəyə minən bəzi plastik qadağalarına görə, Oreqon təkrar emal mərkəzləri meyvələrin saxlandığı plastik qablar, torbaları qəbul etməyi dayandırıb. 

Vaşinqtonun Olimpiya şəhərində də artıq plastik torbalar qəbul edilmir. Mərkəzi Kaliforniya isə sadə, başqa yerlərə göndərilməyəcək təkrar emal mərkəzi inşa edir.

İngiltərədə plastik tullantının təkrar emalını inkişaf etdirmək üçün olan xeyriyyə qurumu "Recoup”-dan Stuart Foster, illər əvvəl "The Guardian”a verdiyi müsahibədə idxalla bağlı məhdudiyyətlər gözləndiyini demişdi. Fosterin dediyi kimi, İngiltərə öz təkrar emal mərkəzlərini yaratsa, bu iqtisadiyyat üçün də fürsətə çevrilərdi. Lakin İngiltərədə bununla bağlı heç bir tədbir görülmədi.

Foster: " Hər nə olursa olsun, tullantılara nəzarəti əlimizdə saxlamalıyıq, çünki ən böyük problem plastiklərin ətraf mühitə sızmasıdı” -deyib.

Səyyarə Məmmədova
Toplum.Tv