Sosial

"İmkanlılar marketlərdən alırlar, kasıblar çirkli su içir" - Tərtərdə su böhranı

25 İyul, 2017
957
"Rayonun mərkəzinə gələn suyun insan orqanizmi üçün təhlükəli olduğunu deyirlər”.

Bu sözləri Toplum TV-yə Tərtər Rayon sakini Sənan Qayıbov deyib. 

Artıq bir neçə gündür ki, rayon ərazisində suyun keyfiyyətinin aşağı olması ilə bağlı xəbərlər yayılıb. 

Sənan Qayıbov deyir ki, ötən ilin dekabr ayında Tərər rayonuna yeni su xətti çəkiblər. Çoxmilyonluq layihə ilə 11 artezian quraraq, bütün su xətlərini dəyişiblər: 
Tərtərdə həkimlərdən içməli suya qadağa - VİDEO
"Köhnə artezianların isə hamısını bağladılar. Suyun tərkibini ölçən alətlə yeni çəkilmiş suyun tərkibini ölçdük. Avropada içməli suyun toplam dəyəri 50-100 arası, normalda isə 180-dən çox olmamalıdır. Bizim etdiyimiz testin nəticəsində isə suyun toplam dəyəri 400-dür. İndi isə 340-a düşüb. Bu testin videosunu "Youtube”da paylaşdıq. Heç bir qurum tərəfindən reaksiya yoxdur. Camaat rayonun ucqarında yerləşən işıq idarəsindən su gətirməli olur. Dünəndən isə idarənin həyətini bağladılar, artıq heç kimi oraya buraxmırlar. İmkanlılar içməli suyu marketlərdən alırlar, kasıblar isə çirkli suyu içməyə məcburdular. Yol kənarlarındakı şəhid bulaqlarından da suyu kəsmişdilər. İndi bulaqlara su verirlər, lakin o da yeni çəkilmiş çirkli sudur. Dedilər ki, guya 11 arteziandan ikisi bulanıq su vururmuş, onları bağlayıblar, bundan sonra düzələcək”. 

Rayon sakini deyir ki, suyun kubu bina evlərinə 45 qəpikdən, məhəllələrə isə 30 qəpikdən verilir: 

"Ona görə ki, hökumət evlərində kanalizasiya var, məhəllə evlərində isə yoxdur. Məhəllə evlərində yaşayanlar 12-13 sotluq torpağında ağac, dirlik əkib. Məcburdur ki, 30 qəpiyə aldğı su ilə əkdiklərini suvarsın. Texniki su yoxdur ki, ağacları sulayaq. Artıq həyətyanı təsərrüfatda nəsə əkib-becərmək su qıtlığı ucbatında qeyri-mümkündür. İcra Hakimiyyətinin bu problemdən xəbəri var. Lakin heç bir tədbir görmürlər”.

Rayonun digər sakini Şahin Əliyev isə içməli su adı ilə verilən suyun heç yuyunmaq üçün də yararlı olmadığını deyir:

"Təzə su hovuza yığılır, oradan paylanır. Artezian suyu olmadığı üçün iylənir və qurdlanır. Bəzi idarələrin həyətindəki köhnə artezianlar hələ "Azərsu”nun balansına keçməyib deyə oradan daşıyırıq. Suyu özümüz testdən keçirib, videoya cəkmişik. Su texniki su olduğuna görə içməli deyil. Əsas problem odur ki, təzə su xətti çəkiləndən sonra rayonun mərkəzində bir dənə də olsun su kranı qalmayıb. Su sadəcə sayğacla verildiyinə görə qoyulmayıb. Həkimlər suyun qurdlamasını aşkar ediblər, hətta "yuyunmaq da olmaz”- deyirlər. İki il öncə Bərdənin kəndlərinə bizdən içməli su daşıyırdılar, indi isə tərtərlilər suya həsrətdir”.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov isə Toplum.Tv-yə deyib ki, su ilə bağlı heç bir şikayət yoxdur.
Image result for Tərtər
Tərtər Rayon Su-Kanal İdarəsinin rəisi Elnur Abbasov da suyun hər həftə analizdən keçdiyini deyərək, sakinlərin iddialarını təkzib edib:

"Yeni layihə ilə şəhər daxilindəki artezianlar dayanıb. Yeni "içməli su” layihəsi ilə şəhər sakinləri 24 saat içməli su ilə təmin olunur. Bu sudan həftədə bir dəfə nümunə götürərək, "Azərsu”-nun labarotoriyasına göndəririk. Əhali ilə söhbət zamanı məlum olur ki, vətəndaşlar supulu çox gəldiyinə görə həyətyanı sahələrini suvara bilmirlər. Sayğac çox yazır. Bunu bəhanə gətirərək deyirlər ki, su bulanıqdır. Analizlərin cavablarından görünür ki, suyun tərkibi ilə bağlı problem yoxdur”.

Ofelya Ramilqızı
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo