Siyasət

İlqar Məmmədovla bağlı hökumətə vaxt qoyuldu

22 Sentyabr, 2017
796
Sentyabrın 21-də Avropa Şurasının Nazirlər Komitəsi azərbaycanlı siyasətçi İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin hökmünün icrasına dair qərar çıxarıb.

Deputatlar Katibliyə tapşırıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsi məsələsini, Avropa Məhkəməsinin hökmünün icra olunmamasını (Maddə 46 § 1) Avropa Məhkəməsi qarısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Bu qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Bu günlərdə Avropa Şurasının baş katibi Thorbjørn Jagland Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına rəğmən, siyasi məhbusun azadlığa buraxılmasından imtina etdiyinə görə Azərbaycana qarşı "misli görünməmiş" hüquqi hərəkət edilməsinə çağırıb.

Avropa Şurası Nazirlər Komitəsinin deputatları isə bir daha yada salır ki, Avropa Məhkəməsinin qərarında ərizəçiyə qarşı ittihamları əsaslandıracaq hər hansı fakt və ya informasiyanın olmadığı vurğulanıb. Qurum bu hökmün icrasına çağıran əvvəlki qərarlarını və aralıq qətnamələrini yada salır. Həmin sənədlərdə qətiyyətlə məhkəmənin hökmünün icrasına çağırış vardı.

"Deputatlar Məhkəmənin hökmündən 3 ilədək keçməsinə baxmayaraq, İlqar Məmmədovun hələ də həbsdə qalmasından dərin məyusluq keçirirlər", – qərarda deyilir.

Nazirlər Komitəsinin qərarında Konvensiyanın 46.4 bəndinə uyğun olaraq qətnamə layihəsi hazırlanmasından söz açılır. Elə Jagland da Azərbaycana münasibətdə Avropa Şurası Konvensiyasının 46.4 bəndinin işə salınmasını istəyirdi. Belə bir addım son nəticədə Azərbaycanın Avropa Şurasından çıxarılmasına səbəb ola bilər.

"The Guardian" qəzeti yazırdı ki, "bu nüvə variantı"ndan indiyədək heç vaxt istifadə olunmayıb və onun tətbiqi məhkəmə qiymətləndirməsinin ardınca Avropa xarici işlər nazirlərindən hərəkət tələb edə bilər.

Azərbaycan hakimiyyətindən bu qərara münasibət hələlik açıqlanmayıb. Amma Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Jagland-ın çağırışına münasibət bildirərkən AzadlıqRadiosuna belə demişdi:

"Avropanın içərisində püxtələşmiş, formalaşmış, Azərbaycanı istəməyən qüvvələr fikirləşirlər ki, Azərbaycanı Avropa Şurasından çıxartsaq, bununla dünya dağılacaq. Vallah, dünya da dağılmayacaq, problem də olmayacaq. Problem daha çox Azərbaycan üçün yox, Avropa Şurası üçün olacaq. Rusiya çıxdı Avropa Şurasından, nə oldu? Hər iclasda müzakirə olunur ki, Rusiyanı hansı yolla qaytaraq?".
 
Mənbə: AzadlıqRadiosu

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo