18:41, 12 Fevral 2018 (Bazar ertəsi) 190

İlqar Məmmədova sənədlərin çatdırılmadığı bildirilir

İlqar Məmmədova sənədlərin çatdırılmadığı bildirilir
Fevralın 12-də 2 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Hərəkatinin lideri İlqar Məmmədova vəkilinin göndərdiyi sənədlərin çatdırılmadığı bildirilir.

"Azadlıq Radiosu"nun verdiyi xəbərə görə, bu haqda onun vəkili Fuad Ağayev məlumat verib.

Vəkil bildirib ki, İlqar Məmmədova poçt vasitəsilə göndərdiyi sənədləri qəbul etməyiblər. Ona bununla bağlı hər hansı izahat verilməyib.

F.Ağayevin sözlərinə görə ötən həftə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinə müraciət göndərib, lakin müraciətinə də cavab verilməyib.

"Bəlkə də, reaksiya məktubun qaytarılmasıdır”, – vəkil qeyd edib.

İ.Məmmədova göndərilən sənədlərin ona verilməməsi ilə bağlı bu, vəkilinin ilk şikayəti deyil. Bir müddət əvvəl Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) məktublarının da İ.Məmmədova çatdırılmasına imkan verilmədiyi açıqlanmışdı.

Sonradan məsələnin həll edildiyi bildirilirdi.