Sosial

İlqar İbrahimoğluna xəbərdarlıq edilib

19 İyun, 2017
449
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İlqar İbrahimoğlunun İçərişəhər "Cümə” məscidi dini icmasının adından tədbir keçirməsi ilə bağlı məsələyə münasibət bildirib.
 
Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov bildirib ki,iyunun 18-də bəzi kütləvi informasiya vasitələrində İlqar İbrahimoğlu adlı şəxsin Ramazan ayının 3-cü Əhya gecəsi ilə bağlı İçərişəhər "Cümə” məscidi dini icmasının adından istifadə edərək tədbir keçirməsi haqqında məlumat yayılıb.
 
"Qeyd etmək istərdim ki, İlqar İbrahimoğlunun İçərişəhər "Cümə” məscidi və orada fəaliyyət göstərən dini icma ilə hər hansı hüquqi bağlılığı yoxdur. 
Hazırda rəsmi dövlət qeydiyyatından keçmiş İçərişəhər "Cümə” məscidi dini icmasının sədri və axundu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Surxay Məmmədovdur.  İlqar İbrahimoğlunun İçərişəhər "Cümə” məscidi dini icmasının adından sui-istifadə edərək tədbir keçirməsi, bunu mətbuatda işıqlandırması yolverilməzdir, qanunvericiliyə zidd xarakter daşıyır. İlqar İbrahimoğlu bu kimi qeyri-qanuni hərəkətlərini davam etdirərsə, hüquqi məsuliyyət daşıyacaq və Dövlət Komitəsi tərəfindən bununla bağlı hüquqi müstəvidə bütün zəruri addımlar atılacaq” - deyə, o əlavə edib.
 
Komitə dindar vətəndaşları məscidlərdən kənar, qeyri-qanuni şəkildə təşkil edilmiş tədbirlərə qatılmamağa çağırır.

APA 



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo