02:03, 08 Oktyabr 2017 (Bazar) 357

İlk dəfə mitinqdə... - VİDEOREPORTAJ

Oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirib. 

Mitinqin aparıcısı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi Vahid Məhərrəmli olub. 

"Korrupsiyaya son, siyasi məhbuslara azadlıq, talana yox” şüarı ilə keçirilən aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb.

Mitinqdə AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP Ali Mclisinin sədri Nurəddin Məmmədli çıxış edib. 

Təşkilatçıların "Azadlıq Radiosu"na bildirdiyinə görə, aksiya şəhər rəhbərliyi ilə razılaşdırılsa da, bir çox fəalların polis idarəsinə çağırılması ilə bağlı məlumatlar var. Polisdə dindirildiyini söyləyən fəalların bildirməsinə görə, onlardan mitinqə gedib-getməyəcəkləri və ailə üzvləri ilə bağlı məlumatlar soruşulub. 

Məlumatları Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb. 

Toplum.Tv mitinqdən və kütləvi aksiyada ilk dəfə iştirak edənlərdən reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik:

İzzətxanım Cabarlı
Toplum.Tv