19:02, 15 Fevral 2018 (Cümə axşamı) 246

İlham Əliyev Trampa başsağlığı verib

İlham Əliyev Trampa başsağlığı verib
Prezident İlham Əliyev Floridada baş vermiş terror aktı nəticəsində 17 nəfərin həlak olması ilə əlaqədar ABŞ prezidenti Donald Trampa başsağlığı verib.

"Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm", - başsağlığı məktubunda deyilir.-02D-