13:57, 15 İyun 2018 (Cümə) 186

İlham Əliyev Paşinyanla tanış olub

İlham Əliyev Paşinyanla tanış olub
İyunun 14-də Ermənistanın baş naziri Nikol Paşinyan ilə Azərbaycan prezidenti İlham Əliyev Moskvada tanış olublar. Bu haqda Paşinyan özünün Facebook səhifəsində canlı yayımda bildirib.

Moskvaya iki günlük səfərini başa vuran Paşinyan deyib ki, onları Rusiya prezidenti Vladimir Putin tanış edib.

"Futbol yarışından sonra Rusiya prezidenti MDB liderləri formatında kiçik qəbul təşkil etdi. Orada Azərbaycan prezidenti İlham Əliyev də iştirak edirdi. Rusiya prezidenti bizi bir-birimizə təqdim etdi. Biz sadəcə salamlaşdıq, aramızda heç bir söhbət olmadı”, – deyən Pashinian Moskva səfərini müsbət dəyərləndirib.

Azərbaycan prezidenti İlham Əliyev də Moskvada dünya çempionatının açılış mərasimində iştirak edib.

Paşinyan küçə etirazları nəticəsində Serj Sarkisyan baş nazir postundan devriləndən sonra, mayın 8-də həmin posta seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.