20:10, 22 Yanvar 2019 (Çərşənbə axşamı) 233

İlham Əliyev “LUKoil” şirkətinin prezidenti ilə görüşüb

İlham Əliyev “LUKoil” şirkətinin prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın "LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə "LUKoil” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr və onların icrası ilə bağlı məsələlərdən, əməkdaşlığın perspektivlərindən danışılıb.