16:50, 13 İyul 2018 (Cümə) 238

İlham Əliyev Gəncədə öldürülən polkovnikləri təltif etdi

İlham Əliyev Gəncədə öldürülən polkovnikləri təltif etdi
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin iki əməkdaşının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Təltif olunanlar iyulun 10-da Gəncədə "ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı" həlak olmuş Gəncə Şəhər Baş Polis İdarəsinin mərhum rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasovdur.

Kimlikləri bəlli olmayan bir qrup şəxs aksiya keçirmək istəyib. Rəsmi məlumatda onlar "radikal dini qrup" kimi təqdim edilir.

Aksiya zamanı iki polis polkovniki İ.Balakişiyevlə S.Abbasov qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 11 nəfərin tutulduğu, 1 nəfərin öldürüldüyü deyilir.

azadliq.org