15:47, 14 Fevral 2018 (Çərşənbə) 409

İlham Əliyev Almaniya işgüzar dairələrinin nümayəndə heyətini qəbul edib

İlham Əliyev Almaniya işgüzar dairələrinin nümayəndə heyətini qəbul edib
Bu gün prezident İlham Əliyev Almaniya işgüzar dairələrinin nümayəndə heyətini qəbul edib. Bu barədə səhər prezidentin saytı məlumat verib. Ancaq iş gününün sonuna yaxın görüşün təfərrüatı dərc edilməyib.

Nümayəndə heyətinin statusu da məlum deyil. Rəsmi məlumatda deyilir ki, nümayəndə heyətinə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelen başçılıq edir.

Almaniya İqtisadiyyatının Şərq Komitəsi 1952-ci ildə Almaniya Sahibkarlar İttifaqının bəzi əsas birliklərinin kollektiv orqanı kimi təsis edilib.

Hazırda Komitə Rusiya, Belarus, Ukrayna, Orta Asiya və Cənub-Şərqi Avropa ölkələri bazarlarında Almaniya şirkətlərinin maraqlarını təmsil edir, Almaniya və Şərqi Avropada iqtisadi və siyasi sektor arasında vasitəçi kimi çıxış edir.