15:01, 05 Noyabr 2018 (Bazar ertəsi) 145

İlham Əliyev Ağdama gedib

İlham Əliyev Ağdama gedib
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün, noyabrın 5-də Ağdam rayonuna səfər edib.

Ağdam rayonunun hazırda mərkəzi, Quzanlı qəsəbəsində icra hakimiyyətinin başçısı Vaqif Həsənov görülən işlər barədə məlumat verib.

Ölkə başçısı rayon rəhbərliyinə tapşırıqlar verib.

Prezident İ.Əliyev daha sonra Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışına qatılıb. Açılışda bildirilib ki, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolu 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir.

Prezidenti İ.Əliyev və xanımı daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

Muğam Mərkəzi ilə tanışlıqdan sonra prezident və xanımı rayonun incəsənət xadimləri ilə görüşüblər.