16:50, 16 May 2018 (Çərşənbə) 226

İki televiziyaya yayım hüququ verilib

İki televiziyaya yayım hüququ verilib
Azərbaycanda iki televiziyaya yayım hüququ verilib.

Bu gün, mayın 16-da Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Məlumata görə, iclasda "Farrux Teleradio” MMC-nin və "Shakh Telecom” MMC-nin IP TV yayımı üçün lisenziya verilməsi barədə müraciətlərinə baxılıb və onlara kabel şəbəkəsi yayımı (yayım üsulu - internet, IP TV) üçün müddətsiz lisenziya verilib.