14:05, 13 Dekabr 2016 (Çərşənbə axşamı) 316

"İki müharibədən sonra, Çeçenistanın gələcəyini necə görmək istərdiniz?" - Qroznıda VİDEOSORĞU

Sovet rejimi dağılandan sonra, bir çox ölkələr kimi Çeçenistan da öz mütəqilliyini elan edərək,  azadlıq uğrunda mübarizə aparmağa başladı. İki böyük müharibədən sonra Çeçenistan Rusiya ila anlaşma imzalayaraq onun tərkimində muxtariyyət statusunda yaşamağa məcbur oldu. 

Görəsən 100 mindən çox insanın ölümündən və azadlıq üçün aparılmış bunca mücadələdən sonra, çeçen xalqının indiki düşüncələri necədir? 

Toplumtv 22 il sonra 1-ci çeçen müharibəsinin başlandığı gün, 11 dekabr çeçenlərə bir sualla müracat etdi. "İki müharibədən və minlərlə insan itkisindən sonra, Çeçenstanı necə görmək istərdiniz?".