10:29, 23 Fevral 2018 (Cümə) 222

İctimai iaşə dövriyyəsi 3,5 faiz artıb

İctimai iaşə dövriyyəsi 3,5 faiz artıb
Bu ilin yanvar ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,5 faiz artaraq 97,5 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.
 
Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 39,9 milyon manat olub.

Azərtac