22:00, 16 Aprel 2018 (Bazar ertəsi) 45

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq
17 aprel 2018-ci il tarixində 00:00-dan başlayaraq 12 saat müddətində H.Əliyev küçəsi, Tbilisi və Moskva prospektində yerləşən mənzil və obyektlərə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

"APA"-nın verdiyi xəbərə görə, "Azərsu" ASC-dən bildirilib ki, içməli suyun verilişində məhdudiyyətə səbəb magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.