Sosial

İcbari sığortaya aid hesabat

19 Mart, 2018
687
«2017-ci il ərzində pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 26.2 milyon manat vəsait sərf edilib. Bunlardan 21 milyon xəstəxanaların, 3 milyon ilkin səhiyyə xidməti üzrə təkmilləşdirilmə işlərinin, 2.2 milyon isə müqaviləli tibb müəssisələrinin payına düşür».

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Mingəçevir və Yevlaxda həyata keçirilən icbari tibbi sığorta pilot layihəsi ilə bağlı açıqladığı hesabatda belə yazılır.

Hesabata görə, layihə çərçivəsində 1829 ödənişsiz tibbi xidmətə təminat verilir. Bunlardan 480-i ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir.

Hesabatda qeyd edilən göstəricilərə əsasən, pilot ərazilərdə 2016-cı illə müqayisədə stasionar qəbul 21 faiz, cərrahi əməliyyatlarının sayı isə 33 faiz artıb.

Sənəddə o da vurğulanır ki, bu sahədə hüquqi bazanın təkmilləşdirilməməsi 2019-cu ildə ölkə miqyasında icbari tibbi sığorta sisteminə (İTS) tam keçidə mane olur. Agentlik yeni qanun layihəsi və başqa aidiyyəti normativ hüquqi aktların layihələrini hazırlayıb. Onlar Milli Məclisə təqdim ediləcək.

Azərbaycanda «İcbari tibbi sığorta haqqında» Qanun 18 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq edilməyib.

Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. Dövlət başçısı bir də bundan 9 il sonra, fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

Bundan sonra Azərbaycanda icbari tibbi sığorta sistemi pilot şəhərlərdə (Mingəçevir və Yevlax) tətbiq edilməyə başlayıb. 2018-ci ilin büdcə layihəsinin müzakirələrində hökumət təmsilçiləri deyiblər ki, bu məsələnin yalnız 2019-cu ildə tam reallaşacağına ümid edirlər.

Üstəlik, bir çox xəstəliklərin müayinə və müalicəsi icbari tibbi sığorta paketinə daxil edilməyib. Söhbət onkoloji, xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstəliklərindən gedir.

Prezident İ.Əliyevin sərəncamına əsasən, bu il Yevlax və Mingəçevirdən əlavə, Ağdaş rayonunda da İTS üzrə pilot layihə həyata keçiriləcək. Bundan ötrü dövlət büdcəsindən 18.3 milyon manat ayrılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo