17:00, 14 Sentyabr 2018 (Cümə) 276

İcazəsiz ov edənlərin tüfəngləri əlindən alınıb

İcazəsiz ov edənlərin tüfəngləri əlindən alınıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının bu ilin son üç ayında keçirdiyi reydlər zamanı ölkə ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Nazirliyin mətbuat xidmətindən Novator.az-a bildiriblər ki, "Ovçuluq haqqında” və "Heyvanlar aləmi haqqında” qanunları pozanlara qarşı protokollar tərtib edilib, ümumilikdə 40 min 441 manat məbləğində cərimə tətbiq olunub.