Siyasət

Hökumət mərhum jurnalistin ailəsinə 24 min avro ödəməlidir

21 Fevral, 2019
986
Avropa Məhkəməsi fevralın 21-də Azərbaycanla bağlı növbəti qərarını elan edib, jurnalistin ölümünə görə hökuməti cərimələyib.

Söhbət 2009-cu ildə həbsxana xəstəxanasında vəfat etmiş 68 yaşlı jurnalist Novruzəli Məmmədovun işi üzrə şikayətdən gedir. 10 il müddətinə azadlıqdan məhrum edilib, həbsdə vəfat edən jurnalistin işində iddia edilirdi ki, onun Konvensiyanın 2-ci (Yaşamaq hüququ), 3-cü (İşgəncələrə, qeyri-insanı rəftara məruz qalmamaq), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddələri ilə qorunan hüquqlarına müdaxilə edilib.
Məhkəmə hesab edib ki, mərhum jurnalistə münasibətdə onun yaşamaq (prosedur), İşgəncələrə, qeyri-insanı rəftara məruz qalmamaq, azadlıq və toxunulmazlıq hüququ pozulub.

Hökumət mərhum jurnalistin ailəsinə 24 min avro ödəməlidir.

Novruzəli Məmmədov "Tolışi sədo" qəzetində baş redaktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutun german-roman dilləri şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.
24 iyun 2008-ci ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə Novruzəli Məmmədovu CM-nin 274-cü maddəsilə (dövlətə xəyanət) təqsirli bilib, əmlakı müsadirə olunmaqla 10 il müddətinə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrumetmə çəzasına məhkum edib.

O, 17 avqust 2009-cu ildə Bakı həbsxanasında müəmmalı şəkildə vəfat edib.

Rejissor-dokumentalist Laçın Məmişov jurnalist haqqında film çəkib. 

Ümumi xronometrajı 50 dəqiqə olan film ingilis dilinə tərcümə olunub. Filmin rus və alman dillərinə də tərcümə olunması nəzərdə tutulub. 
Filmdə jurnalistin ailəsinin başına gələn faciələrdən də söz açılır. Məlum olub ki, Novruzəli Məmmədovun oğlu Kamran Məmmədov atası həbsdə olduğu zaman naməlum şəxslər tərəfindən döyülüb və ertəsi gün vəfat edib.

Ailənin ikinci oğlu Emil Məmmədov isə atasının 40 mərasimindən Bakıya qayıdarkən anası Məryəm Məmmədova ilə birlikdə avtoqəzaya düşüb. Bakı-Astara yolunda qarşı tərəfdən gələn ağırtonajlı yük maşını Emil Məmmədovun idarə etdiyi avtomobilə çırpılıb. Nəticədə Emil Məmmədov və Məryəm Məmmədova ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Bir müddət sonra Emil Məmmədov müalicə üçün Moskvaya aparılıb və xəstəxanada həyatını itirib. Ailənin yeganə sağ qalan üzvü, Novruzəli Məmmədovun xanımı Məryəm Məmmədova ölkəni tərk edib. O, hazırda Niderland Krallığının Haaqa şəhərində yaşayır.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo