11:47, 18 Sentyabr 2018 (Çərşənbə axşamı) 222

Hikmət Hacıyevin yeni təyinatı

Hikmət Hacıyevin yeni təyinatı
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini təyin olunub.

Hikmət Hacıyev 2014-cü ildən Xarici İşlər Nazirliyinin sözçüsü idi.

Nazirliyin mətbuat xidmətinə yeni rəhbərin təyin olunduğu barədə hələ ki, məlumat yoxdur.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri postu aprelin 21-dən – həmin vəzifəni tutmuş Novruz Məmmədov baş nazir təyin olunandan vakantdır. Buna görə də KİV-də Hikmət Hacıyevin faktiki olaraq xarici əlaqələr şöbəsinə rəhbərliyi həyata keçirəcəyi vurğulanır.

Hikmət Hacıyev 1979-cu ildə Gəncədə doğulub. Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisasına yiyələnib, həmçinin Belçikada təhsil alıb. 2000-ci ildən Xarici İşlər Nazirliyində işləyib.