15:09, 13 Mart 2018 (Çərşənbə axşamı) 156

Hərracın nəticəsi

Hərracın nəticəsi
Əmlak Məsələləri Dövlət Komitəsinin 13 mart hərracında 19 dövlət əmlakı özəlləşdirilib. 

Əmlakların 3-ü kiçik dövlət müəssisəsi, 13-ü qeyri-yaşayış sahəsi, 3-ü nəqliyyat vasitəsidir.

Paytaxt üzrə 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi sahibini tapıb.

Rəsmi məlumatda bildirilir ki, paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi 13 min 450 manata, digər əmlak 2 min 600 manata satılıb.