10:41, 14 Fevral 2018 (Çərşənbə) 41

Hərracda 33 əmlak özəlləşdirilib

Hərracda 33 əmlak özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsinin 13 fevral hərracında 33 dövlət əmlakı özəlləşdirilib. 33 əmlakın 1-i səhmdar cəmiyyəti, 3-ü kiçik dövlət müəssisəsi, 18-i qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 10-u nəqliyyat vasitəsidir.

Rəsmi məlumata görə, paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinin start qiyməti 10 min 800 manat olub, əmlak 30 min 500 manata sahibini tapıb.