14:26, 13 Mart 2018 (Çərşənbə axşamı) 120

Hərbi təlimlər davam edir

Hərbi təlimlər davam edir
Azərbaycanda müxtəlif qoşun növlərinin tətbiqi ilə keçirilən təlimlər davam edir. 

Martın 12-də başlayan təlimlərə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Mod.gov.az-ın 13 mart məlumatına görə, müdafiə və əks-hücum əməliyyatlarında atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqları icra edirlər.

Həmçinin qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyətləri təşkil olunub. Qərargahlarda tapşırıqlar aydınlaşdırılır, vəziyyət qiymətləndirilir, qərarlar qəbul edilir və qoşunlara müvafiq göstərişlər verilir.