14:08, 12 Yanvar 2017 (Cümə axşamı) 147

Hər hərracda yüksələn dollar

Hər hərracda yüksələn dollar
Yanvarın 12-si Azərbaycan Mərkəzi Bankında (AMB-də) Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilib. Sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.7867 səviyyəsində formalaşıb.

Yanvarın 12-nə dolların rəsmi məzənnəsi 1.7742 manat olub.