15:21, 09 Mart 2018 (Cümə) 188

Həccə gedəcək zəvvarlar ödənişi hissə-hissə edə bilərlər

Həccə gedəcək zəvvarlar ödənişi hissə-hissə edə bilərlər
Azərbaycandan bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara ödənişin ödənmə qaydasında güzəştlər edilir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlar ziyarətə görə ödənişi hissə-hissə edə biləcəklər.

Ödənişin son tarixi 1 may 2018-ci ildir.

Bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır.

Azərbaycana bu il Həcc ziyarəti üçün 2000 kvota ayrılıb, sənəd qəbulu artıq başlayıb.

Azərbaycandan Həcc ziyarətini yalnız QMİ həyata keçirir.