Siyasət

Həbsxanadakı fəallar aclığı dayandırıblar

23 Yanvar, 2019
927
"Həbsdə olan bloger Mehman Hüseynova dəstək olaraq aclıq edən bəzi siyasi məhbuslar yanvarın 23-dən aksiyanı dayandırıblar".

Bunu Azadlıq Radiosuna hazırda həbsdə olan gənc fəallardan Qiyas İbrahimovun anası Şura Əmiraslanova bildirib.
 
 
Onun sözlərinə görə, Qiyas İbrahimov, Bayram Məmmədov və Əhsən Nuruzadə yanvarın 23-dən qida qəbul etməyə başlayıblar: "Aksiyanı həm onlara olan müraciətlərə, həm də Mehman Hüseynova qarşı yeni cinayət işinin icraatına xitam verilməsinə görə dayandırıblar".

Ş.Əmiraslanova deyib ki, B.Məmmədli və Ə.Nuruzadə yanvarın 13-dən, Q.İbrahimov isə onlardan sonra aksiyaya qoşulmuşdu.

Həmin fəallardan başqa, İlkin Rüstəmzadə və Elçin İsmayıllının da aclıq aksiyası keçirdiyi bildirilirdi. İ.Rüstəmzadənin yaxınlar isə fəalların hamısının həbsdə aclıq aksiyasını dayandırdıqlarını bildiriblər.

Ancaq aclıq aksiyası keçirilməsi ilə bağlı deyilənləri Penitensiar Xidmətdən təsdiq etməmişdilər. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bu günlər bir neçə dəfə bildirmişdi ki, heç kim təcridxana və cəzaçəkmə müəssisələrində aclıq aksiyası keçirmir.

İ.Rüstəmzadə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyasından sonra həbs edilib. Kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla üzləşən gənc fəal 8 il həbs cəzası alıb. "Amnesty International" hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan bu gənci "vicdan məhbusu" adlandırıb.

B.Məmmədov 2016-cı ildə narkotik ittihamıyla həbs edilib və 10 il həbs cəzası alıb. Məhkəməsində ittihamı əsassız sayan gənc keçmiş prezident Heydər Əliyevin abidəsi üzərinə şüar yazdığına görə şərləndiyini vurğulayıb.

Q.İbrahimov da B.Məmmədovla eyni gün, eyni ittihamla həbs edilib. Eyni cəza alan bu gəncin də eyni səbəbdən tutulduğu bildirilir. O da ittihamı qəbul etmir.

2017-ci ildə həbs edilən E.İsmayıllı isə bir sıra saytlarla əməkdaşlıq edib. Rüşvətdə ittiham edilən E.İsmayıllı ittihamı qurama sayır. Əvvəlcə 9 il həbs alsa da, sonradan cəzası 7 ilə endirilib.

Eyni il, 2017-ci ildə həbs edilən Ə.Nuruzadə narkotikdə ittiham edilib. O da ittihamı qəbul etmir. 7 il həbs cəzası alan Ə.Nuruzadə «Müsəlman Birliyi» Hərəkatının fəallarındandır.

Yerli hüquq-müdafiə təşkilatları onları siyasi məhbus sayır. Azərbaycan həbsxanalarında 150 civarında siyasi məhbus olduğu bildirilir. Amma rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. M.Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloger ittihamı qurama sayırdı.

Yanvarın 22-də isə Baş Prokurorluq bloqer barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Buna səbəb kimi isə bloqerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da öz növbəsində bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo