Siyasət

"Həbsxanada mənə işgəncə veriblər" - Abbas Hüseynov

2 Noyabr, 2018
1375
Nardaran məhbusu Abbas Hüseynovun həbsxanada işgəncəyə məruz qalması barədə şikayətinə baxan prokurorluq onu haqlı saymayıb. 

İşgəncə faktının təsdiqini tapmaması əsasıyla cinayət işi başlamaqdan imtina olunub. A.Hüseynov da prokurorluğun qərarından məhkəməyə şikayət etmişdi. Noyabrın 1-də Qobustandakı qapalı həbsxanada Nardaran məhbusunun şikayətinə baxılıb.

Bu barədə Azadlıq Radiosuna A.Hüseynovun anası Rəhimə Hüseynova danışıb. Bildirib ki, oğlu işgəncəyə məruz qaldığını məhkəmədə bir daha təsdiqləyib. Deyib ki, onu həbsxanada əllərini bağlayıb döyüblər, günün altında dəmir boruya bağlayıb saatlarla saxlayıblar: «Hamısını hakimə də danışıb. Oğlum başına açılan oyunlar barədə yazılı şikayətini vəkilinə təqdim etmişdi. Abbas hakimə deyib ki, vəkili Yalçın İmanov ona verilən işgəncələrə göz yummadığına, məsələni ictimailəşdirdiyinə görə cəzalandırıldı, vəkillikdən çıxarıldı».

R.Hüseynovanın bildirdiyinə görə, Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlov oğlunun dediklərini dinləsə də, axırda onun şikayətinin təmin olunmadığını elan edib. Bu qərardan apelyasiya şikayəti veriləcək: «Belə biabırçılıq olarmı? Oğlumun üzərindəki işgəncə izlərini o vaxt tək vəkil görməmişdi. Məsələ yayılandan sonra Ombudsman Aparatının, Penitensiar Xidmətin əməkdaşları da gedib Abbasla görüşmüşdülər, onun üzərindəki işgəncə izlərini görmüşdülər. Abbasın onlarda da yazılı izahatı vardı».

Ombudsman Aparatından Azadlıq Radiosuna bildirilmişdi ki, A.Hüseynovun şikayətinin araşdırılması üçün onlar da öz növbələrində prokurorluğa müraciət ediblər.

Penitensiar Xidmət isə işgəncə iddialarını təkzib etmişdi.

A.Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. A.Hüseynov birinci qrupda «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Polislər isə işgəncə iddialarını təkzib ediblər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo