Siyasət

Həbsdəki jurnalistin telefon danışıqlarının dinlənildiyi bildirilir

12 Dekabr, 2018
1087
Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının ailəsi ilə telefon danışıqları dinlənilir.

Bu barədə Meydan TV-yə danışan jurnalistin mühacirətdə olan həyat yoldaşı Leyla Mustafayeva bildirib ki, "Həbsdə saxlanılan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi haqqında” qanunda məhbusun telefon danışıqlarının dinlənilməsi qadağandır.

O deyib ki, 16 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı qanunun tələbinə məhəl qoymadan telefon nömrəsinin Əfqan Muxtarlı tərəfindən yığılmasına da qadağa qoyur və jurnalist telefonla danışdığı zaman onun yanında dayanaraq, dinləyir:

"Əgər əvvəl Əfqan Muxtarlıya kartla danışığa icazə verirdilərsə, indi poçtla calaşdırır və ordan zəng etdirirlər. Bunun xərci isə 2 dəfə baha olur. Ən biabırçı hadisə isə mənim səsimi yazıb, Əfqanın zəng vuranda ona avtomatik qoşmalarıdır. Ancaq həyat yoldaşım bunu hiss edəndən sonra etiraz edib”.

L.Mustafayeva bildirib ki, nömrənin cəmi bir dəfə yığılmasına icazə verilir, həmin vaxt telefona cavab verilməsə, təkrar nömrəni yığmağa icazə vermirlər.

"Qanunda heç bir qadağanın olmamasına baxmayaraq məhbus jurnalistə digər ailə üzvləri və qanuni maraq kəsb edən şəxslərlə danışmağa icazə verilmir”.

Onun sözlərinə görə, Əfqan Muxtarlı qarşılaşdığı bu hallarla əlaqədar Ədliyyə Nazirliyinə şikayət hazırlayıb.

"Amma 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi şikayətin göndərilməsinə imkan vermir. Jurnalisti siyasi əhəmiyyət kəsb edən kitablardan da məhrum ediblər”.

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək

Azərbaycan tərəfinə təhvil verilib. Bu zaman cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri üzrə günahkar biliblər.

Ə.Muxtarlıya məhkəmənin qərarı ilə 6 il müddəyinə azadlıqdan məhrumetmə cəzası verilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo