Müsahibə

Hansı kompüteri alaq? - Mütəxəssis rəyi

11 May, 2018
6868
İnternet dövründə kompüterlər hər evə, hər ofisə daxil olub, hətta fərdi xarakter daşımağa başlayıb. Avadanlığı aldıqda isə hamı seçim qarşısında qalır: hansı firmanın avadanlığını, necə bir kompüter almaq daha yaxşı olar?   

Kompüter mütəxəssisi Amid Mikayılovla söhbətimiz bu barədədir. Amid Mikayılov deyir ki,  "pis firma yoxdur, pis istifadəçi var”. Amma özü də "bunu alma, bunu al” deyə fikirlər söyləyir...

- Demək olar ki, hər il onlarla yeni kompüter istehsal olunur. Bu, alıcılar üçün seçim etməkdə çətinlik yarada bilir. Bəs kompüter alarkən nəyə diqqət olunmalıdır?

- İlk növbədə kompüterin ürəyinə diqqət olunmalıdır. Kompüterin ürəyi prosessordur. Prosessorlar da buraxılışlarına görə fərqlidir. Celeron var, Dual Core var, AMD var, İntell var, İ3, İ5, İ7.Bunların fərqləri avadanlığın iş sürətində özünü göstərir. Birinci nəsil 2,3 nüvəlidirsə, 4-5-ci nəsillər,  təbii ki, 4 nüvəli olur. Nüvə artdıqca sürət çoxalır. İkinci növbədə, RAM-a diqqət olunmalıdır. RAM - operativ yaddaşdır. Loru dildə desək, əməliyyat sürəti rolunu oynayır. Məsələn,  RAM çox olarsa, bir neçə səhifəni (pəncərəni) birlikdə açmaq daha rahat olur. 2 GB RAM-a əməliyyat sistemi 64 bit vurulur. Əgər hər hansı bir kompüterə sıfırdan proqram yığılırsa, ilk olaraq onun RAM-na baxılır. RAM 2-dirsə, təbi ki, ona 64 bit sistem yazmaq əlverişsizdir.

- Sistem sonradan yazılır? Mağazadan aldıqda kompüterin sistemi hazır olmurmu?

- Bəzən olmaya bilər. Elə kompüter var ki, onun üstündə sistem gəlir, tutaq ki, Windows 7, indi isə daha çox Windows 10 işlədilir. Məsələn, stolumdakı bu kompüteri müştəri gətirib. Bunun üstündə nə vaxtsa Windows 7 əməliyyat sistemi olub, indi deyir ki, bunu Windows 10-a çevir. Artıq buna Windows 10 yazılmalıdır. Çünki  elə proqramlar var ki, Windows 7 ilə işləyir, eləsi var ki , Windows 10-la, elə proqram da var ki, Windows 7 32 bit-lə işləyir və yaxud da ən köhnə proqramdır, XP ilə işləyir. Birinci XP yaranıb, sonra Windows 7, Windows 8, Windows 10 və s.

- Daha sonra yaddaşa - video karta diqqət olunmalıdır?

- Amma ən önəmlisi odur ki, kompüter nə məqsədlə istifadə olunacaq. Əgər ofis proqramlarından istifadə olunacaqsa, İ5, İ3, İ7 olmağı önəmli deyil. Celeron da, Dual Core da işlədə bilərlər. Bura da prosessorun nə olmağı çox da önəmli deyil, nəzərdə tutulan işləri görə biləcəyik.  İ5,İ3,İ7-lərin qiyməti daha bahadır. Sadəcə, ofis proqramı işlədəcək şəxslər üçün  bu artıq xərc olacaq. Əgər dizayn proqramları kimi proqramlar işlədəcəklərsə, təbii ki , prosessora, RAM-a, ən əsası da, videokarta hökmən önəm verilməlidir.

Tövsiyə edərdim ki, İntel olmasına diqqət etsinlər, AMD olmasın. AMD İntel-lə müqayisədə bir az ucuzdur. Amma bəzən alıcıların məlumatsızlığından istifadə edib AMD-ni daha baha qiymətə "çox yaxşı” kimi təqdim edib satırlar. Avadanlığın üstündə İntel və ya AMD olduğunu görə bilərsiniz, İntel-ə üstünlük verin. 

- Hansı firmalar daha yaxşıdır?

- Pis firma yoxdur, istifadəçi pisdir. Normal və qaydasında istifadə edirlərsə, vaxtı-vaxtında  - ən azı ildə 1 dəfə - qulluq olunarsa, aparıb ustaya onun içini təmizlətdirirlərsə, bir problem yaşanmaz. Hər şey işlətməkdən asılıdır.

- Heçmi fərqi yoxdur? Nisbi də olsa... Kiçicik bir reytinq sıralaması deyərsinizmi? Elə öz fikriniz olsun. 

- Fərq var. Amma qiymət və dizaynlarında.  Ümumiyyətlə əhalimizin büdcəsini nəzərə alsaq, orta təbəqənin ala biləci ən yaxşı "notebook” firması HP dir. HP qarantiyası baxımından daha yaxşıdır. TOSHİBA da yaxşı firmadır. Oyunsevərlər üçün ASUS daha yaxşı seçim ola bilər. Lenova həm az alınan firmadır, həm də mən də çox məsləhət bilmirəm. Bunu da deyək də, hər firmanın 300 manatlıq məhsulu da var, 1000 manatlıq da. HP-nin 1000 manatlıq məhsulu, TOSHİBA-nın 300-lüyündən təbii ki, daha yaxşı olacaq. Amma yenə deyirəm firma önəmli deyil, əsas prosessor, RAM və digər keyfiyyətləridir.

- Minimum nə qədər RAM yaxşı sayılır?

- Görüləcək işə baxır. Ev və ofis üçün 2,4 GB RAM bəs edir. Daha böyük işlər üçün 16-32 GB lazımdır.

- Məşhur Apple kompüterləri haqda nə deyə bilərsiniz?

- Mən Apple-a pul vermərəm. Elə bir xüsusi  funksiyası yoxdur. Sadəcə, brend olduğu üçün elə bahadır. Amma keyfiyyətli olduğuna da şübhə yoxdur. 

Əminə Məmmədova, 
Toplum TV


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo