17:03, 13 Mart 2018 (Çərşənbə axşamı) 180

"Hakimiyyətə ifadə azadlığına siyasi mühit yaratmaq üçün müraciət edirəm" - Stefan Şennak

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Azərbaycan hakimiyyətini 11 aprel prezident seçkiləri ərəfəsində ifadə azadlığının təmin olunmasına çağırıb. Bu barədə o, Twitter hesabında yazıb.

Hazırda dövlət başçısı İlham Əliyev də daxil olmaqla, prezidentliyə 7 namizəd qeydə alınıb.

Üç nəfərin - Sərdar Cəlaloğlu (Demokrat Partiyasının sədri), Əli Əliyev (Vətəndaş və İnkişaf Partiyasının rəhbəri), Tural Abbaslı (Ağ Partiyanın sədri) namizədliyinə MSK-da baxılır.

Aparıcı müxalifət partiyaları seçkini boykot etdiklərini bildiriblər.