İqtisadiyyat

"Hakimiyyət maldarlığı pambıqçılığa qurban verir" - ViDEOREPORTAJ

1 İyul, 2017
1551
Rəsmi qurumlar Azərbaycanda kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin edildiyini və istehsalın olduğununu bildirsələr də, əksər ekspertlər bunun əksini düşünür. 

Ekspertlər deyir ki, bu il də bir çox kənd təsərrüfatı məhsulunun  istehsalında geriləmə var. 

Məsələn, ekpert Vahid Məhərrəmli bunu hakimiyyətin yanlış iqtisadi siyasəti ilə əlaqələndirir. O hesab edir ki, yanlış iqtisadi siyasət nəticəsində ölkədə maldarlıq və digər sahələr pambıqçılığa qurban verilib. 

"Nəsimi bazarı"ında apardığımız sorğu zamanı satıcılar da daxili istehsalın olmadığından şikayətləndilər. Onlar kənd təsərrüfat mallarının, xüsusən də ətin qiymətinin baha olmasını da istehsalatın olmadığı ilə əlaqələndiriblər. 

Ərzaq təhlükəsizliyi dedikdə isə idxaldan asılılığın tamamilə ləğv olunması nəzərdə tutulmur, amma  ərzaqla təmin etmədə  idxal səviyyəsinin aşağı olması mütləqdir. 

Maraqlıdır, Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir? Bu suallara cavab tapmaq üçün videoreportajı izləyin:
 
İzzətxanım Cabarlı
Toplum.Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo