14:14, 20 İyul 2018 (Cümə) 132

Hacı Şahin Həsənli məhbuslarla görüşüb

Hacı Şahin Həsənli məhbuslarla görüşüb
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi arasında məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, onların dini etiqad azadlıqlarının təmin olunması və dini maarifləndirilməsi məqsədi ilə 12 və 13 saylı cəzaçəkmə müəssisələrində "Dini ekstremizmə qarşı mübarizənin əsas məqsədləri” mövzusunda məhkumlarla seminar-treninqlər keçirilib.

"Report”un məlumatına görə, tədbirlərdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, o cümlədən Hacı Şahin Həsənli iştirak edib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən müəssisələrə müxtəlif dini kitablar təqdim olunub.

Xatırladaq ki, «Müsəlman Birliyi» hərəkatının sədri Taleh Bağırzadə, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib. Amma təqsirləndirilən şəxslər ittihamları rədd edir, saxta olduğunu bildirirlər. Onlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Amma idarənin əməkdaşları məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib