Siyasət

Gözəl Bayramlının şikayəti üzrə proses başa çatdı

20 Aprel, 2018
743
Aprelin 20-si Gəncə Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının şikayəti üzrə növbəti proses keçirilib.
Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunda tutulub. Rəsmi məlumata görə, siyasətçinin üstündən bəyan edilməmiş 12 min ABŞ dolları çıxıb. Gözəl Bayramlı isə bu pulun sərhəd-buraxılış məntəqəsində onun çantasına atıldığını söyləyir.
 
Qaçaqmalçılıqda ittiham olunan Gözəl Bayramlı 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Azadliq.org-un məlumatına görə, apellyasiya baxışı zamanı prosesə sədrlik edən hakim Teyyub Muxtarov xatırladıb ki, Gürcüstan-Azərbaycan sərhədindəki gömrük-buraxılış məntəqəsində olan kamera görüntülərini almaq üçün Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Komitəsinə sorğu göndərilmişdi. Hakim deyib ki, hər iki orqandan cavab gəlib. Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsindən verilən cavabda yazılıb ki, həmin görüntülər üçün Dövlət Gömrük Komitəsinə müraciət olunmalıdır. Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, görüntülər bir ay ərzində saxlanılır. Gözəl Bayramlının tutulması hadisəsindən isə bir ilə yaxın vaxt keçir.
 
Gözəl Bayramlının vəkili Elçin Sadıqov deyib ki, oxşar cavab ibtidai istintaq zamanı da alınmışdı: "Amma biz ibtidai istintaqa internetdən əldə etdiyimiz bir sənədi təqdim etmişik. Həmin sənəddə göstərilir ki, Dövlət Sərhəd Xidməti 2012-ci ildə yeni avadanlıq alıb. O avadanlıqlar görüntüləri uzun müddətə saxlamaq qabiliyyətindədir. Belə çıxır ki, Avropa Birliyinin maliyyə yardımı ilə alınmalı olan avadanlıq əslində alınmayıb, vəsait mənimsənilib”.
Daha sonra prosesdə prokuror çıxış edib. O, Qazax Rayon Məhkəməsinin Gözəl Bayramlının 3 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökmünün qüvvədə saxlanmasını istəyib.
 
Gözəl Bayramlı həbsinin siyasi sifariş olduğunu bir daha vurğulayaraq deyib: "Apellyasiya instansiyasından da heç bir ədalətli qərar gözləmirəm. Nə sifariş verilibsə, o da olacaq”.
Həmin gün hakim Teyyub Muxtarov qərarı elan edib. Qərara əsasən, Gözəl Bayramlının apellyasiya şikayəti təmin olunmayıb, Qazax Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo