15:04, 12 Mart 2018 (Bazar ertəsi) 175

Gözəl Bayramlının apelyasiya şikayəti üzrə qərar olacaq

Gözəl Bayramlının apelyasiya şikayəti üzrə qərar olacaq
Martın 12-də Gəncə Apelyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının apellyasiya şikayətinə baxış olub.

Məhkəmə vəkil Elçin Sadıqov və Gözəl Bayramlı çıxış edib.

Elçin Sadıqov məhkəmədən çinayət işinə xitam, Gözəl Bayramlıya bəraət verilməsini xahiş edib.

Gözəl Bayramlı isə ittihamları rədd edib.

"Mənə qarşı ittihamlar birbaşa siyasi sifarişdir. Mənim oturduğum dəmir qəfəsdə dövlət büdcəsindən miyardlar oğurlayanlar oturmalıdır. Niyə bu dəmir qəfəsdə keçmiş milli təhlükəsizlik naziri, vergilər naziri, milyardları oğurlayanlar oturmur, mən otururam?” AXCP sədrinin müavini məhkəmə heyətindən sual edib.

Sədrlik edən hakim Bayramlının çıxışını dəsələrlə dayandırıb.

Gözəl Bayramlının çıxışı başa çatdıqdan sonra hakimlər məşvərətə gedib və hələ geri qayıtmayıb.

Məhkəmnə zalında oturanlar bindan çıxarılıb və məhkəmə qərarnın saat 16-dan sonra olacağı bildirilib.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Bakının Səbael Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən Gözəl Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

Gözəl Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıb, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Amerikanın Səsi