16:16, 29 Yanvar 2019 (Çərşənbə axşamı) 223

Gürcüstanın sabiq prezidenti yenidən müəllimlik edəcək

Gürcüstanın sabiq prezidenti yenidən müəllimlik edəcək
Marqvelaşvili yenidən GİPA-ya qayıdır

Gürcüstanın sabiq prezidenti, səlahiyyət müddəti 2018-ci ilin oktyabrında başa çatan Giorgi Marqvelaşvili Gürcüstan İctimai İşlər İnstitutunda (GİPA) siyasi dərslər deyəcək.

"Georgiatoday" saytının məlumatına görə, Marqvelaşvilinin dərsi, siyasi düşüncə, fəlsəfə, tarixi, iqtisadiyyat, sosiologiya, siyasi elm, kütlə ilə ünsiyyət üsulları, beynəlxalq münasibətlərin əsasları və s də daxil olmaqla siyasətin teorik və praktik tərəflərini əhatə edəcək.

Eyni zamanda, ölkədəki mövcud siyasi vəziyyət analiz ediləcək və dəyərləndiriləcək.

Tələbə sayı 25 ilə məhdudlaşacaq ki, onlar da müraciət əsasında seçiləcək.

Marqvelaşvili Gürcüstanın 4-cü prezidentidir. 

O, 2000-2006-cı illərdə və 2010-cu ildən 2012-ci ilə qədər GIPA-nın rektoru olub. 

2012-ci ilin oktyabr ayında Gürcüstanın Təhsil və elm naziri təyin olunub. 

2013-cü ildən 2018-ci ilə qədər Gürcüstanın prezidenti olub.

Ölkənin indiki prezidenti Salome Zurabişvili seçkilərinin ikinci turunda 59,52 faiz səs toplayaraq qalib gəlib. 
 

Yeni prezidentin andiçmə mərasimi dekabrın 16-da baş tutub.

Pərvanə Qurbanlı
Toplum Tv