Sosial

Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində milli azlıqların problemləri müzakirə olunub

13 Dekabr, 2017
1144

Məqsədimiz Gürcüstanda yaşayan etnik azlıqların bütün hüquqlarını müdafiə etmək, onların siyasi və ictimai həyatda demokratik proseslərin və ölkə iqtisadiyyatının inkişafına verdikləri töhfələri qiymətləndirmək, cəmiyyətə inteqrasiyasını dəstəkləməkdir.


"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda milli azlıqların problemlərinə həsr olunmuş konfransda səslənib.


Konfransda Gürcüstan Barış və Vətəndaş Məsələləri üzrə Dövlət Nazirliyinin təşkilatçılığı ilə qəbul edilmiş "2015-2020-ci illər üçün Vətəndaş Bərabərliyi və İnteqrasiya Strategiyası” planı müzakirə olunub.

 

Tədbirdə Bolnisi şəhər meri David Şerazadişvili, Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı, Gürcüstan Barış və Vətəndaş Məsələləri üzrə Dövlət Nazirliyinin Kvemo Kartli üzrə müşaviri Ayaz Məmmədov çıxış edərək bölgədə milli azlıqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, qəbul olunmuş qərarlar və strateji planın məqsədi barədə məlumat veriblər.

 

Bildirilib ki, Kvemo Kartli bölgəsinin təşəbbüsü ilə etnik azlıqların problemlərini həll etmək üçün Məsləhət Şurası yaradılıb. Şuranın məqsədi bölgədə həyata keçirilən proqramlarda, sosial və iqtisadi məsələlərdə milli azlıqların fəaliyyətini təkmilləşdirməkdir. Şuraya milli azlıqların maraqları və onların iştirakı ilə müxtəlif məsələlərlə bağlı tövsiyələr hazırlamaq səlahiyyətləri verilib.

 

Məsləhət Şurasının iclaslarına Xalq Müdafiəçisi aparatı (Ombudsman) nəzarət edəcək.


Çıxışılarda bildirilib ki, bu strategiya nəticəsində həyata keçirilən inteqrasiya, öz növbəsində, mədəniyyətlərarası və millətlərarası sülhü və sabitliyi təmin edəcək.


Tədbirdə rayon bələdiyyəsinin, kənd icra nümayəndəliklərinin və milli azlıqların təmsilçiləri iştirak ediblər.

 

Ayaz Məmmədov "Report”un yerli bürosuna açıqlamasında bildirib ki, əsas vəzifəmiz etnik azlıqların hüquqlarının qorunması sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən fəaliyyəti dəstəkləmək, həm hökumət, həm də qeyri-hökumət təşkilatlarının birgə əməkdaşlığını təmin etməkdir: "Biz milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyasını yaxşılaşdırmaq üçün ardıcıl aparılan siyasətin inkişafına çalışacağıq”.


A.Məmmədov deyib ki, bu cür tədbirlər Dmanisi və Qardabani rayonlarında da təşkil olunub. Növbəti tədbir Marneuli rayonunda keçiriləcək.

 




 



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo