12:49, 06 Yanvar 2017 (Cümə) 122

Gürcüstanda yanacaq bahalaşıb

Gürcüstanda yanacaq bahalaşıb
Gürcüstanda avtomobil qazının qiyməti 15-20 tetri ($0,05-0,07) bahalaşıb. Toplumtv Fins.az-ın Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, SOCAR yanacaqdoldurma məntəqələrində avtoqazın qiyməti 1,44 lari ($0,54) təşkil edir, halbuki şirkətin saytında 3 yanvar üçün qazın qiyməti 1,25 lari ($0,47) kimi qeyd olunub.

Avtomobil qazı "Vissol” YDM-də də bahalaşaraq 1,45 lariyə bərabər olub, bu şirkətin saytında isə 3 yanvarda 1,25 lari olub. "Qamma”, "Formula” YDM-lərində 1,46 kimi,"Neoqaz”da 1,45 kimi qiymətləndirilir.

Avtoqazın qiymətinin artması yeni ildən aksiz vergisinin bahalaşması ilə əlaqələndirilir.