14:56, 16 İyul 2018 (Bazar ertəsi) 244

Gürcüstanda matəm elan olundu

Gürcüstanda matəm elan olundu


/ DÜNYA
Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün respublikada matəm günü elan edib.

Matəm bu gün, iyulun 17-si səhər saatlarında Gürcüstanın qərbində mədəndə mədənçilərin ölümü ilə nəticələnən qəza ilə əlaqədar elan olunub.

Gürcüstanın qərbində Tkibulu şəhərində mədəndə qəza baş verib. Mindeli adına mədəndə baş vermiş qəza nəticəsində 4 mədənçi ölüb, daha bir neçə nəfər xəsarət alıb.
 
Gürcüstandakı matəmlə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.